Ənsarullah lideri Hizbullaha tam dəstəyini elan etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422379-Ənsarullah_lideri_hizbullaha_tam_dəstəyini_elan_etdi
Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi, Hizbullahın tanınmış komandiri Heysəm Əli Təbətəbainin şəhid olması münasibətilə Hizbullahın baş katibi Şeyx Naim Qasimə başsağlığı verərək, Ənsarullahın "tam gücü" ilə Hizbullahına yanındadayandığını və sionist rejimin təcavüzlərinə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.
(last modified 2025-11-26T08:24:08+00:00 )
Noy 26, 2025 12:22 Asia/Baku
  • Ənsarullah lideri Hizbullaha tam dəstəyini elan etdi

Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi, Hizbullahın tanınmış komandiri Heysəm Əli Təbətəbainin şəhid olması münasibətilə Hizbullahın baş katibi Şeyx Naim Qasimə başsağlığı verərək, Ənsarullahın "tam gücü" ilə Hizbullahına yanındadayandığını və sionist rejimin təcavüzlərinə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.

Əl-Husi şəhid Təbətəbainin cihad yolunu fədakarlıq və təsirli fəaliyyətlərlə dolu hesab edib və bildirib ki, İsrailin Livan və Qəzzədə törətdiyi cinayətlər bu rejimin heç bir öhdəliyə sadiq olmadığını və ABŞ-ın dəstəyindən yararlandığını göstərir.

O, Hizbullahın möhkəmliyinə və gücünə işarə edərək, bu təşkilatın Müqavimət Cəbhəsində həlledici rol oynadığını bildirib və sionistlərin təcavüzlərinə qarşı şüurlu müqavimətin və cihadın davam etdirilməsinin vacibliyini vurğulayıb.