Noy 26, 2025 15:54 Asia/Baku
  • Sionist rejim atəşkəsi yenidən pozdu və Qəzzəyə hücumlarını gücləndirdi

Sionist rejimin ordusu tərəfindən atəşkəsin davamlı pozulması nəticəsində Xən Yunisə edilən dron hücumunda iki fələstinli şəhid olub, hava və artilleriya hücumlarında isə bir neçə nəfər yaralanıb. Eyni zamandadaşqınlar və zəruri ehtiyacların çatışmazlığı Qəzzədəki vəziyyəti daha ağırlaşdırıb.

Sionist rejim ordusu ardıcıl 46-cı gün olaraq, Qəzzədə atəşkəs razılaşmasını pozub və bir neçə bölgəyə hava və artilleriya zərbələri endirib. Son cinayətdə Xan Yunisin cənubundakı “Qizan Rəşvan” bölgəsində sionist rejimin pilotsuz təyyarəsinin atəşi nəticəsində iki fələstinli şəhid olub, bir uşaq isə yaralanıb.

Eyni zamanda, Qəzzənin şərqində, Xan Yunis və Şücaiyyə məhəllələrində evlərin bombalanması davam edib və geniş dağıntılar törədilib. Məlumatlara görə, son günlərdə azı yeddi fələstinli şəhid olub, onlarla insan isə yaralanıb.

Keçən ilin oktyabrında atəşkəsin başlanmasından bəri davam edən pozuntular nəticəsində 347-dən çox şəhid və təxminən 871 yaralı qeydə alınıb. Digər tərəfdən, güclü yağışlar Məvasi bölgəsindəki qaçqın çadırlarını su altında qoyub və humanitar böhranı daha da dərinləşdirib.

BMT xəbərdarlıq edir ki, bir çox ailənin hətta əsas ərzaq məhsullarını almağa belə imkanı yoxdur və qışın yaxınlaşması ilə çadır və yorğan çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.