Dek 02, 2025 14:26 Asia/Baku
  • «Həlhul» əməliyyatı qəsbakarların cinayətlərinə qanuni və təbii cavab idi

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, yaydığı bəyanatda İordan çayının qərb sahilində, Əl-Xəlil şəhərinin şimalında yerləşən Həlhul qəsəbəsinin yaxınlığında «avtomobillə basma» əməliyyatını, sionist işğalçıların hər gün qəsb edilmiş Fələstin ərazilərində törətdikləri cinayətlərə verilən qanuni və təbii cavab adlandırıb.

Həmas qeyd edib ki: Bu addım, fələstinlilərin/ sionist rejimin qərb sahilində və Qəzzədə Fələstin xalqına qarşı mütəşəkkil hücumları, evləri dağıtması, basqınları, yerindəcə edamları və qətllərinə təbii reaksiyası və xalq hiddəti/ çərçivəsində atılıbdır.

Hərəkat əlavə edib: Müqavimətin İordan çayının qərb sahilindəki əməliyyatlarının artması,/ qəsbkarların/ yerindəcə zorakılıqetmə, ilhaq, sionistsakinli qəsəbələrin salınması və yəhudiləşdirmə yolu ilə, Fələstin məsələsinin silinməsi üzrə ardıcıl səyləri və vəhşiliklərinin birbaşa nəticəsidir. Bu gedişat, xalqımızın repressiya siyasətinə əsla təslim olmayacağını sərgiləyir.

Xalqımızın iradəsi sarsılmazdır. İşğalçılığın və cinayətlərin davam edəcəyi zamanadək, müqavimət, qanuni və stabil bir variant kimi qalmaqda davam edəcək- deyə, Həmas hərəkatı vurğulayıb.

Bu fələstinli hərəkat öz bəyanatının sonunda müqavimətin bütün meydanlarda gücləndirilməsini, sıraların bütövlüyünü və milli vəhdət istəyib.