İsrail rejimi dəhşət içində;
İranlılar Bat-Yama çatıblar
Sionist rejimin on ikinci telekanalı bu rejimin daxili təhlükəsizlik xidməti- Şabak-ın sionistlər arasında İranın xeyrinə casusluq dalğasının genişlənməsi barədə birbaşa xəbərdarlıq etdiyini bildirib.
Bu məlumata əsasən, Şabak sözügedən casusluğun nəticələri barədə xəbərdarlıq etmək üçün Təl-Əvivdən cənubda yerləşən Bat-Yam şəhərinin sionist sakinləri ilə birbaşa əlaqə qurmağa məcbur olub.
Bat-Yam-ın meri Zvika Brut-un iddiasına görə, Qəzzə müharibəsi başlanandan bu anadək, İran üçün casusluq məqsədilə virtual mühitdə sionistləri cəzb etmək istiqamətində bir çox cəhdlər edilib.
İranlılar Bat-Yama çatıblar və bu, bir zarafat deyildir- deyə, Zvika Brut xəbərdarlıq edib.
Brut bu prosesdə sionist rejim ordusunun ehtiyatda olan hərbçilərinin cəzb olunmalarına da işarə edib.