Şeyx Nəim Qasim:
Bütün mümkün vasitələrlə sionist rejimin təcavüzü qarşısında dayanmaq lazımdır
Livan Hizbullahının baş katibi vurğulayıb ki: Livan sionist rejimin təhlükəli və ekspansianist təcavüzü ilə üzləşir və bütün vasitələr və üsullarla onunla mübarizə aparamaq lazımdır.
Şeyx Nəim Qasim müqavimət və Qüds yolunun şəhid din alimlərinin yerləri və xatirələrini əziz tutmaq məqsədilə dünən axşam Beyrutun Cənubi Zahiyə bölgəsində keçirilən «Nəci və Midad» mərasimində sionist rejimin Livanın cənubuna qarşı intensiv təcavüzlərinə işarə edib. Bildirib ki, bu düşmən ekspansianistdir və mövcud olan razılaşmaya sadiq qalmayıbdır.
Şeyx Nəim Qasim sionist rejimin ekspansianist mahiyyəti və Livan qarşısındakı əsl hədəfləri barədə xəbərdarlıq edib.
Livan Hizbullahının baş katibi sonra belə qeyd edib: Bütün əlaqələrdə riayət olunmalı hüdud, sırf olaraq, Əl-Litani çayının cənubu barədəki razılaşmanın hüdudu olmalıdır.
Şeyx Nəim Qasim bildirib ki, bəziləri hələ də İsrail rejiminin tələbləri barədə danışırlar və zənn edilir ki, onu əsaslandırmaq istəyirlər.
Livan Hizbullahının baş katibi qeyd edibdir ki, İsrail rejiminin təcavüzləri Hizbullahın və ya müqavimətin silahına görə deyil, tədrici bir işğalçılığın dayaqlarını yaratmaq məqsədilə həyata keçirilir.
Livanllıların bir-birilərilə daxili əlaqələri, müdafiə strategiyası, qabiliyətlərin gücləndirilməsi və silah məsələsinin Amerikaya və İsrail rejiminə heç bir dəxli yoxdur.