Dek 23, 2025 16:35 Asia/Baku
  • İrana hücum, İsrailin məğlubiyyəti idi

Sionist jurnalist və analitik İsrail rejiminin İrana qarşı onikigünlük hərbi hücumunun nəticələrini kəskin şəkildə tənqid edib və onu, strateji uğursuzluq adlandırıb. Vurğulayıb ki, bu hücum, sionist rejim üçün bir məğlubiyyət idi.

İrana hərbi hücum, nəinki çəkindiricilik yaratmadı, əksinə, İranın sionist rejimin imkanlarından dəqiq məlumat əldə etməklə, öz müdafiə sistemlərini misli görünməmiş tərzdə gücləndirməyə doğru hərəkət etməsinə səbəb oldu- deyə, Haim Levinson bildirib.

Hazırda iranlılar İsraiinl hansı işləri görə bildiyini və hansı işlərin öhdəsindən gələ bilmədiyini dəqiq şəkildə bilirlər- deyən Levinson xatırladıb ki, iranlılar sadəlövh deyillər; onlar hazırda öz müdafiə sistemlərini minqat artırmaqdadırlar.

Baş nazir Benyamin Netanyahu bu hücumda məğlub olduğunu etiraf edə bilməz, çünki belə bir şey, onun şəxsiyyətində mövcud deyil. Onun əsas qabiliyyəti, yalan danışmaqdır- deyə, sionist jurnalist və analitik Haim Levinson vurğulayıb.

Sionist rejimin «Kan» telekanlı bundan öncə/ İranla müharibə zamanı, İran raketlərinin hədəflərə dəymələri nəticəsində İsrail rejiminin ağır xəsarət və tələfatlara uğradığını ifşa etmiş və bildirmişdi ki, onların barəsində əsla söhbət edilməyibdir.