Suriyanın Hums şəhərində yerləşən məsciddə terror partlayışı baş verib
Dek 26, 2025 11:31 Asia/Baku
Suriyanın Hums şəhərinin Vadi-əz-Zəhəb məhəlləsində yerləşən İmam Əli ibn Əbi-Talib ələyhissəlam məscidində bomba partlayışı baş verib.
Suriyadakı bəzi yerli mənbələrin verdikləri ilkin məlumatlar, cümə namazı mərasimində bir intihar əməliyyatının keçirilməsindən söz açır.
Culaninin təhlükəsizlik qüvvələri partlayış məkanını mühasirəyə alıblar.
Sana informasiya agentliyinin ilkin məlumatlarına əsasən, partlayış nəticəsində beş nəfər şəhid olub, iyirmi bir nəfər də yaralanıbdır