Yan 01, 2026 17:16 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilində bir məscidə hörmətsizlik ediblər

Sionist İsrail rejimi qüvvələri İordan çayının qərb sahilinin şimalında yerləşən məscidə soxulublar. Sionist basqınçılar bu müqəddəs məkana ciddi xəsarətlər vurublar.

İordan çayının qərb sahilinin şimalında yerləşən Cəbəə məhəlləsindəki Əl-Mustafa məscidinə qəflətən basqın keçirən İsrail rejimi qüvvələri bu ibadətgaha xəsarətlər vurublar. Fələstin Vəqflər Nazirliyinin bildirdiyinə görə, məscidin qapıları sındırılıb və onun içindəkilər alt-üst edilib. Binaya və onun daxili mühitinə ciddi xəsarətlər dəyib.

Fələstin Vəqflər Nazirliyi bu hərəkəti təcavüzkarcasına hərəkət və ibadətgahların qorunması üzrə beynəlxalq prinsiplərin aşkar şəkildə pozulması adlandırıb.

Sionist qüvvələrin məscidə basqını ilə bir zamanda İsrail rejimi ordusu qərb sahili sakinlərindən dörd nəfəri yaralayıb, iyirmi səkkiz nəfəri isə həbs edibdir.

Şahidlər və Fələstin Qızıl Aypara Cəmiyyəti bildiriblər ki, sionist İsrail rejimi qüvvələri məsciddən başqa, yerli sakinlərdən bəzilərinin evlərinə də soxulublar. Onlar qəsdən təxribat törətməklə mənzillərə geniş xəsarətlər vurublar