Məktəblərin 98 faizi dağıdılıb, minlərlə uşaq təhsildən məhrum olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422786-məktəblərin_98_faizi_dağıdılıb_minlərlə_uşaq_təhsildən_məhrum_olub
UNICEF Qəzzədə müharibənin dağıdıcı nəticələrinə işarə edərək bildirib ki, sionist rejimin hücumları nəticəsində bölgədəki məktəblərin 98 faizi dağıdılıb və yüz minlərlə fələstinli uşaq təhsil hüququndan məhrum qalıb.
(last modified 2026-01-05T11:20:12+00:00 )
Yan 05, 2026 15:18 Asia/Baku
  • Məktəblərin 98 faizi dağıdılıb, minlərlə uşaq təhsildən məhrum olub

UNICEF Qəzzədə müharibənin dağıdıcı nəticələrinə işarə edərək bildirib ki, sionist rejimin hücumları nəticəsində bölgədəki məktəblərin 98 faizi dağıdılıb və yüz minlərlə fələstinli uşaq təhsil hüququndan məhrum qalıb.

UNICEF-in Fələstindəki sözçüsü Kazim Əbu Xələf deyib: 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri Qəzzə zolağındakı məktəblərin təxminən 98 faizi hücumlar nəticəsində dağıdılıb.

O, əlavə edib ki, müharibənin davam etməsi səbəbindən 638 mindən çox fələstinli uşaq təhsillərini davam etdirə bilmir və tədris vasitələrinin ciddi çatışmazlığı əsas problemlərdən biridir.

Əbu Xələfin sözlərinə görə, bu müharibə zamanı təxminən min müəllim və təhsil işçisi, eləcə də 20 minə yaxın şagird və tələbə şəhid olub. Eyni zamanda, sionist rejim Qəzzədə fəaliyyət göstərən onlarla beynəlxalq yardım təşkilatının fəaliyyət lisenziyasını ləğv edib.