"Əli-ət-Tahir"-də rüsvayçı məğlubiyyət
İşğalçılar Hizbullah ın atəşi altında qaçmağa məcbur oldular
Cümə axşamından cüməyə keçən gecə Livanın cənubu, son müharibənin başlanmasından bəri Hizbullah ilə sionist rejim ordusu arasında ən şiddətli qarşıdurmalardan birinə şəhid oldu.
Bu toqquşmalar sionist hərbçilərin "Nəbatiyə" şəhərinə əhatəsi olan strateji "Əli ət-Tahir" yüksəkliklərinə doğru irəliləməyə çalışdıqları zaman başladı.
Lakin bu hücum şiddətli döyüşlərə çevrildi. Beləki sionist rejim mənbələrinin etirafına görə, bir batalyon komandiri da daxil olmaqla dörd sionist hərbçinin ölümünə və daha 17 sionist hərbçinin yaralanmasına səbəb oldu.
Sionist rejim ordusu bu döyüşü "çətin və mürəkkəb" döyüş kimi xarakterizə edib. İvrit dilli media vasitələrinin, o cümlədən "Kan" kanalının məlumatına görə, öldürülənlər arasında 401-ci zirhli briqadanın 52-ci batalyonunun komandiri polkovnik "Dor Gedalia Ben Samhon" da var. İlkin araşdırmalar göstərir ki, bu hərbçinin tankı "Kəfər-Tebnit" ətrafında zireh əleyhinə başlığı olan kamikadze dronu tərəfindən hədəfə alınıb.
Döyüşdən sonra Təl-Əviv Hizbullahı atəşkesi pozmaqda günahlandıemağa çalışıb, lakin Müqavimətin Əməliyyat Otağı bəyanat yayaraq bildirib ki, bu əməliyyat sionistlərin quru yolu ilə irəliləmə cəhdlərinə qarşı və İsrail rejiminin atəşkəsi davamlı pozmasına cavab olaraq, həyata keçirilib.