Livanda İsrail rejimi ilə əldə edilən razılaşmaya qarşı etirazlar başlayı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422980-livanda_İsrail_rejimi_ilə_əldə_edilən_razılaşmaya_qarşı_etirazlar_başlayı
Livan hakimiyyəti ilə İsrail rejimi arasında ilkin razılaşmanın elan edilməsindən sonra bu ölkə xalqı Beyrutun "Riyaz əl-Sülh" meydanında toplanaraq, bu razılaşmaya kəskin etirazlarını bildiriblər.
(last modified 2026-06-27T07:05:29+00:00 )
İyun 26, 2026 21:03 Asia/Baku

Livan hakimiyyəti ilə İsrail rejimi arasında ilkin razılaşmanın elan edilməsindən sonra bu ölkə xalqı Beyrutun "Riyaz əl-Sülh" meydanında toplanaraq, bu razılaşmaya kəskin etirazlarını bildiriblər.

Beyrutun mərkəzində yerləşən "Riyaz əl-Sülh" meydanı dünın axşam saatlarında, Livan xalqının ölkə hökumətinin sionist rejim ilə son razılaşmasına qarşı etiraz aksiyalarına səhnə olub.Livanın baş nazirinin ofisi qarşısında keçirilən bu etiraz aksiyası, Livan hökumət rəsmiləri ilə işğalçı rejim arasındakı "çərçivə sazişinin" detallarının açıqlanmasına reaksiya olaraq, baş tutub. Etirazçılar şüarlar səsləndirərək, bu razılaşmanı, sionist rejimin Livan torpaqları üzərindəki hakimiyyətinin dolayısı ilə tanınması və ölkənin milli suverenliyinin pozulması kimi qiymətləndiriblər.

Livan xalqının etirazları təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə nəticələnib və onlar etirazçıları dağıtmaq üçün dəyənək və göz yaşardıcı qazdan istifadə ediblər.Daha əvvəl Livanın bəzi siyasi və dini şəxsiyyətləri də bu razılaşmanın ölçüləri barədə xəbərdarlıq etmişdilər. Cəfərilərin görkəmli müftisi Şeyx Əhməd Qabalan, ən açıq şəkildə bildirib ki, bu müqavilənin heç bir hüquqi legitimliyi yoxdur və sionist rejim ordusuna Livan ordusunun fəaliyyəti və sərhədyanı bölgələr üzərində "praktiki qəyyumluq" verir.

Digər tərəfdən, Hizbullah hərəkatının sionist rejimlə hər hansı birbaşa danışıqların qanunsuz olduğuna dair sabit mövqeyini vurğulayaraq, xəbərdarlıq edib ki, sionist rejim döyüş meydanlarında əldə edə bilmədiyi şeylərə siyasi təzyiq və Livan xalqı arasında daxili çəkişmələr yaratmaqla nail olmaq istəyir.