Sionist rejim Livanın cənubunda evləri dağıdaraq, cinayətlərini davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423110-sionist_rejim_livanın_cənubunda_evləri_dağıdaraq_cinayətlərini_davam_etdirir
Terrorçu sionist rejimin Livanın cənubunda təcavüzləri və işğalçı hərəkətləri davam edir.
(last modified 2026-09-16T14:20:47+00:00 )
Sen 16, 2026 18:16 Asia/Baku
  • Sionist rejim Livanın cənubunda evləri dağıdaraq, cinayətlərini davam etdirir

Terrorçu sionist rejimin Livanın cənubunda təcavüzləri və işğalçı hərəkətləri davam edir.

Sionistlər Livanın cənubunda infrastrukturun və yaşayış evlərinin məqsədli və genişmiqyaslı şəkildə dağıdılmasını davam etdirərək, Əl-Mənsuri qəsəbəsində daha bir neçə evi partladaraq, yerlə-yeksan ediblər.Livanın cənubunda Əl-Qüneytərə qəsəbəsi və Vadi əl-Səluqinin ətrafı da sionist rejimin hava hücumlarına məruz qalıb. İşğalçı qüvvələr bu əraziləri iki dəfə bombalayıblar.Sionist rejimin işğalçı ordusu Livanın cənubunda Kəfər Tebnit qəsəbəsini də artilleriya atəşinə tutub.