"Kiber Dəstək Cəbhəsi"nin sionist rejimə iqtisadi zərbəsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423164-kiber_dəstək_cəbhəsi_nin_sionist_rejimə_iqtisadi_zərbəsi
"Kiber Dəstək Cəbhəsi" yaydığı bəyanatda sionist rejimin iki mühasibat və maliyyə şirkətinə qarşı kiberhücum etdiyini açıqlayıb.
(last modified 2026-09-19T15:28:55+00:00 )
Sen 19, 2026 19:26 Asia/Baku

"Kiber Dəstək Cəbhəsi" yaydığı bəyanatda sionist rejimin iki mühasibat və maliyyə şirkətinə qarşı kiberhücum etdiyini açıqlayıb.

Bu haker qrupu bəyanatın əvvəlində "Yəmən Müqavimət Cəbhəsi"nin qələbəsini dünyanın azadlıqsevər xalqlarına təbrik edib və vurğulayıb ki: "Kiber Müqavimət Cəbhəsi" böyük uğurlara imza atıb və bununla bağlı xəbərlər yaxın zamanda açıqlanacaq. Allahın köməyi ilə və bu qələbələrin reallaşması ilə işğalçı rejimin sonu yaxınlaşır.Bəyanata əsasən, hücumun hədəfə alınan şirkətlər "LÖWENTHAL OREN & CO." və "Oved Matalon & Co. CPA" adlanır və onlar mühasibat, audit və maliyyə məsləhət xidmətləri göstərirlər. Birinci şirkət əsasən nəqliyyat və ticarət şirkətlərinə, hüquq müəssisələrinə, assosiasiyalara, qeyri-kommersiya təşkilatlarına və müxtəlif dövlət qurumlarına xidmət göstərir.İkinci şirkətin fəaliyyəti isə texnologiya yönümlü şirkətlərə və startaplara yönəlib və daxili, habelə beynəlxalq müştərilərə xidmət edir. Bu şirkət "Kreston Global" şəbəkəsində nüfuzlu mövqeyə malikdir və İsrailin startap ekosistemində dərin təcrübəyə sahibdir."Kiber Dəstək Cəbhəsi" daha sonra iddia edib ki: Əməliyyat zamanı bu iki şirkətlə ticarət əlaqələri olan şirkətlərə, müəssisələrə və təşkilatlara məxsus 80 terabayt məlumat əldə edilib, çıxarılıb və sonra həmin şirkətlərin serverlərindən silinib.Məlumata görə, həmin qurumlar arasında “HLB”, “Alan R. Deutsch”, “Schmidt Ben-Tsvi Perlstein” və “Guberman” da yer alır.