Yəmən Ordusu Səudiyyə Ərəbistanına qarşı üç xüsusi əməliyyat həyata keçirib
Yəmən silahlı qüvvələri bəyan edib ki, təcavüzkar Səudiyyə rejiminin bu ölkəyə hücumlarına cavab olaraq, Səudiyyə Ərəbistanı daxilindəki strateji obyektlərə qarşı üç xüsusi əməliyyat həyata keçiriblər.
Yəmən silahlı qüvvələrinin bəyanatında deyilir: Yəmən Silahlı Qüvvələri çox sayda ballistik raket, qanadlı raket və pilotsuz uçuş aparatından (PUA) istifadə etməklə üç xüsusi əməliyyat həyata keçirib. Birinci əməliyyatda Ər-Riyaddakı Kral Xalid Hava Limanı hədəf alınıb və bu, həmin obyektdə uçuşların pozulmasına səbəb olub.İkinci əməliyyatda Rabiğdəki "Aramco" neft emalı zavodu hədəfə alınıb və nəticədə ərazidə yanğın baş verib.Üçüncü əməliyyatda Əbha Hava Limanı, Xəmis Muşait bazası, Əsir bölgəsindəki Akifə hərbi düşərgəsi, həmçinin Nəcran və Cizandakı digər həssas mövqelər hədəfə alınıb. Bəyanatın davamında bildirilir: “Bu əməliyyatlar Yəmənə qarşı Səudiyyə təcavüzünə cavab olaraq, həyata keçirilib. Təkcə son 24 saat ərzində Yəmənə qarşı 60 raket və hava zərbəsi endirilib. Açıqlamaya görə, Səna şəhəri, eləcə də Əl-Couf, Təiz, Həccə, Səədə və Məarib vilayətləri Səudiyyənin raket və hava zərbələrinə məruz qalıb. Təcavüzün güclənməsindən bəri Səudiyyənin Yəmənə qarşı həyata keçirdiyi hava və raket hücumlarının ümumi sayı 1576-ya çatıb. Bəyanatda Səudiyyə Ərəbistanın hava məkanından istifadə edən bütün aviaşirkətlərə həmin ərazi üzərindən uçuşların davam etdirilməsi ilə bağlı xəbərdarlıq edilib. Məkkə və Mədinə kimi müqəddəs şəhərlərin üzərindəki hava məkanı istisna olmaqla, Səudiyyənin hava məkanı artıq hərbi əməliyyat meydanına çevriləcək, deyə- Bəyanatda qeyd olunub.