Şeyx Nəim Qasim:
İsrail Livanın cənubunda qala bilməz
Okt 06, 2026 15:25 Asia/Baku
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Seyid Həsən Nəsrullahın əsərlərinə həsr olunmuş institutun açılışı mərasimində çıxışı zamanı deyib: "Biz Livanın cənubunun azad olunmasını gözlərimizin önündə görürük".
Şeyx Nəim Qasim vurğulayıb ki, sionist rejim Livanın cənubunda sonsuza qədər qala bilməz və müqavimət göstərdiyi əzmkarlıqla artıq bir əfsanə yaradıb.O əlavə edib: "Problemin həlli İsrail rejimi və ABŞ qüvvələrinin Livandan rüsvayçılıqla geri çəkilməsi ilə başlamalıdır. Şeyx Nəim Qasim ABŞ-nin regiona qarşı təcavüzü bütün imkanları ilə dəstəklədiyini bildirib.Hizbullahın lideri Livanın daxili məsələləri ilə bağlı əməkdaşlığa hazır olduqlarını, lakin xarici qüvvələrin diktəsini qəbul etməyəcəklərini vurğulayıb.