Yəmən Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirib: hava limanlarında fəaliyyət dayandırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423432-yəmən_səudiyyə_Ərəbistanına_raket_və_dron_zərbələri_endirib_hava_limanlarında_fəaliyyət_dayandırılıb
Xəbər mənbələri Ər-Riyadda bir neçə partlayış səsinin eşidildiyini və Səudiyyə Ərəbistanının hava limanlarında fəaliyyətin pozulduğunu bildirirlər.
(last modified 2026-10-07T12:44:55+00:00 )
Okt 07, 2026 16:39 Asia/Baku
  • Yəmən Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirib: hava limanlarında fəaliyyət dayandırılıb

Xəbər mənbələri Ər-Riyadda bir neçə partlayış səsinin eşidildiyini və Səudiyyə Ərəbistanının hava limanlarında fəaliyyətin pozulduğunu bildirirlər.

Eyni zamanda, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə Ərəbistanındakı hərbi obyektlərə qarşı dörd raket və PUA əməliyyatının həyata keçirildiyini açıqlayıb. Yəhya Səri bildirib ki, Ər-Riyad hava limanı bir neçə PUA ilə hədəfə alınıb və nəticədə hava limanında uçuşlar dayandırılıb.O, əlavə edib: “Digər əməliyyatlarda Səudiyyə Ərəbistanının bir sıra hərbi obyektləri və hava limanları raket və dron hücumlarına məruz qalıb. Onun sözlərinə görə, hücumlar nəticəsində hərbi bazalara ziyan dəyib və uçuşlar dayandırılıb.Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin bir qrup Səudiyyə hərbçisinin öldüyünü və yaralandığını, sursat anbarlarının məhv edildiyini də bildirib. O, Səudiyyə Ərəbistanına məxsus bir PUA-nın da Yəmən səmasında vurulduğunu açıqlayıb.