Ekonomist xəbərdarlıq etdi:
Yəmənlilər Səudiyyə ilə müharibəni uzunmüddətli və yorucu hala gətirə bilərlər
Britaniyadan nəşr olunan Ekonomist vurğulayıb ki, Səudiyyə Ərəbistanı Yəmənlə uzunmüddətli müharibə vəziyyətində öz investisiyalarının və iqtisadi proqramlarının ciddi təhdidlə üzləşəcəyini nəzərə almalıdır.
Bu nəşr Yəmən böhranı ilə bağlı təhlilində Sənə ilə danışıqları Ər-Riyad üçün mümkün variantlardan biri kimi dəyərləndirib və proqnoz edib ki, Yəmən tərəfi hücumların dayandırılması müqabilində siyasi və iqtisadi baxımdan əhəmiyyətli güzəştlər tələb edəcək.Ekonomist həmçinin yazıb ki, yəmənlilər Səudiyyə Ərəbistanı ilə müqayisədə uzunmüddətli müharibəyə daha çox dözmək qabiliyyətinə malikdirlər. Bunun əksinə olaraq, Ərəbistanın investisiyalarına, hava limanlarına və enerji infrastrukturuna yönələn hücum təhlükəsi, Ər-Riyadın regionda turizm və ticarət mərkəzinə çevrilmək üzrə planlarını ciddi şəkildə çətinliklərlə üz-üzə qoya bilər.