Yəmənin hücumları Səudiyyə Ərəbistanının ən mühüm hava limanını bağlatdı;
Səna ilə danışıqlar üçün təzyiqlər artır
Kral Fəhəd hava limanında uçuşların dayandırılması və ABŞ ilə Cənubi Koreyanın Ərəbistana səyahətlə bağlı təhlükəsizlik xəbərdarlıqları, Yəmən və Ərəbistan arasında qarşıdurmaların nəticələri ilə bağlı narahatlıqları artırıb.
Yəmən silahlı qüvvələrinin fasiləsiz raket və PUA hücumları nəticəsində Ər-Riyad və Kral Fəhd beynəlxalq hava limanlarında uçuşlar dayandırılıb. Bu hava limanları Səudiyyə Ərəbistanının hava nəqliyyatının əsas mərkəzləri hesab olunurlar.Siyasi analitiklər hesab edirlər ki, həyati əhəmiyyətli infrastrukturlar üçün yaranan təhdidləri və münaqişənin davam etməsinin iqtisadi fəsadlarını nəzərə alaraq, Səna ilə qarşılıqlı əlaqə və danışıqlar gərginliyi azaltmaq üçün Ər-Riyadın ən mühüm variantlarından biri ola bilər.Həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanının vəliəhdi çox sərt təhlükəsizlik tədbirləri tətbiq olunan və sığınacalarla təchiz edilmiş saraylar arasında hərəkət edir və dəqiq seçilmiş üzvlərdən ibarət bir təhlükəsizlik komandası tərəfindən qorunur.