Paşinyan ordu və təhlükəsizlik komandanlarını kənarlaşdırdı
Ermənistanın baş naziri bu ölkənin ordu və təhlükəsizlik komandanlarını kənarlaşdırıb.
SaharAzeri xəbər verir, Nikol Paşinyan bu gün silahlı qüvvələrin baş qərargah rəisi Artak Davutyanı kənarlaşdırıb və Unik Kasparyanı onun yerinə təyin edib.
Ermənistanın baş naziri həmçinin milli təhlükəsizlik xidmətinin başçısı Eduard Martirosyanı və bu ölkənin polis rəisi Armen Sarkisyanı kənarlaşdırıb və onların yerlərinə müvafiq olaraq, Argeşti Kiyaramyanı və uşaqlıq dostu Vahe Kazaryanı təyin edib.
Paşinyan deyib ki, onun yeni hökmləri prezidentin imzasından sonra icra mərhələsinə daxil olacaq.
Hərçənd bu yüksək rütbəli rəsmilərin kənarlaşdırılmalarının dəlilləri rəsmən elan olunmayıb, amma ekspertlərin sözlərinə görə, onların korrupsiya ilə mübarizədəki sabotajları və öz vəzifələrinin icrasındakı səhlənkarlıqları kənarlaşdırmanın səbəbləri olubdur.