Ermənistanda səfərbərlik başladı
Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir, Bu məlumata əsasən, sosial şəbəkələrdə bildirilir ki, Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir.
Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir. Bu o deməkdir ki, sərhəddə Ermənistan ordusunun şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb ki, həmin boşluqları o, doldurmağa çalışır.
Azərbaycan mənbələri Tovuz cəbhəsində gedən döyüşlərdə Ermənistan ordusunun yüzlərlə itki verdiklərini iddia edirlər.