Fransalı millət vəkili erməni hərbçilərinin xatirəsini hörmətlə yad etdi
Fransalı millət vəkili erməni həbçilərinin xatirəsini hörmətlə yad edib.
SəhərAzəri Armen.Press-ə istinadla xəbər verir, Fransa parlamentinin üzvü Valeri Boyer Tovuz cəbhəsində Ermənistanla Azərbaycan arasında baş vermiş son toqquşmalardan danışarkən deyib: "Mən sərhəd döyüşləri zamanı həyatlarını itirmiş Ermənistan ordusunun hərbi qulluqçularının xatirəsini dərin hüzünlə yad edir və onların ruhu qarşısında baş əyirəm."
Xanım Boyer qeyd edib ki, həlak olmuş Ermənistan hərbçiləri üçün Marsel şəhərindəki "Müqəddəs Tərcüməçilər" kilsəsində anım mərasimi keçirilib.
Fransalı deputat facebook səhifəsindəki paylaşımında həmçinin Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edib.
Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi son döyüşlər zamanı 6 hərbi qulluqçusunu itirdiyini bildirir.