Gürcüstanda koronavirusa yoluxanların sayı 1 278 nəfərə çatıb
Avq 12, 2020 10:08 Asia/Baku
Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 278 nəfərə, sağalanların sayı isə 1 058 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 17-dir.
Hazırda Gürcüstan üzrə 7 279 nəfər karantində, 279 nəfər isə tibbi nəzarətdə saxlanılır.