Rəsmi Tiflis beynəlxalq uçuşlara qadağanı ləğv etmir
https://azeri.sahartv.ir/news/qafqaz-i367181-rəsmi_tiflis_beynəlxalq_uçuşlara_qadağanı_ləğv_etmir
Gürcüstan hökuməti ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar beynəlxalq uçuşlara qadağanın müddətini uzadıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 14:39 Asia/Baku
  • Rəsmi Tiflis beynəlxalq uçuşlara qadağanı ləğv etmir

Gürcüstan hökuməti ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar beynəlxalq uçuşlara qadağanın müddətini uzadıb.

Səhər Azəri bildirir ki, Gürcüstan ərazisində beynəlxalq aviareyslər oktyabrın 31-dək qadağan edilib.

Məlumata görə istisnalar yalnız, Şota Rustaveli adına hava limanından Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara edilib.

Qeyd edək ki, Gürcüstanda aviareyslər mart ayında dayandırılmışdı. Bu günədək ölkədə 2 075 nəfər koronavirusa yoluxub. Təkcə, son bir həftədə yoluxma sayı 454 nəfər artıb.