Ermənistan başçısı Türkiyəni tənqid edib
Okt 07, 2020 12:27 Asia/Baku
Ermənistanın baş naziri Qarabağ münaqişəsində Türkiyənin birbaşa şəkildə Azərbaycan Respublikasına dəstək verməsini tənqid edib.
SəhərAzəri xəbər verir, Nikol Paşinyan dünən gecə Frans-Press ilə müsahibədə deyibdir ki, Ankara Qarabağda çəkişmələrin kəskinləşməsində məsuliyyət daşıyır.
O, vurğulayıb ki, Qarabağ münaqişəsinə son qoymaq və atəşkəs üçün Yerevan Bakının tjəqdim edəcəyi imtiyazlar qarşılığında imtiyazlar verməyə hazırdır.
Bu yüksək vəzifəli Ermənistan rəsmisinin sözləri elə bir halda söylənir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakının yalnız erməni qüvvələrin Qarabağ bölgəsindən çıxacaqları təqdirdə, danışıqlara hazır olduğunu bildiribdir.