Paşinyan etiraf etdi:
Erməni əsgərləri döyüş meydanından qaçırlar
Okt 26, 2020 19:55 Asia/Baku
Nikol Paşinyan erməni əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.
SəhərAzəri Sputnik-a istinadla xəbər verir, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib: "Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur".
N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır.