R.Kadırov Fransa Prezidentini tənqid edib
https://azeri.sahartv.ir/news/qafqaz-i368987-r.kadırov_fransa_prezidentini_tənqid_edib
R. Kadırov bildirib: "Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2020 14:41 Asia/Baku
  • R.Kadırov Fransa Prezidentini tənqid edib

R. Kadırov bildirib: "Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər".

SəhərAzəri xarici mediyalara istinadən xəbər verir, Çeçenistanın başçısı Ramzan Kadırov Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə görə Fransa Prezidenti Emmanuel Makronu tənqid edib.

R. Kadırov bu barədə özünün “Telegram” kanalında yazıb: "Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər. Fransa Prezidenti indi özü terrorçuya bənzəməyə başlayır. Təxribatı dəstəkləyərək, o, gizli şəkildə müsəlmanları cinayət törətməyə çağırır. Dünyadakı iki milyard müsəlmanın təhqir edilməsini Makron “söz azadlığı” adlandırır. Makron bilməmiş deyil ki, peyğəmbərin karikaturası inanclı insanlar üçün ağrılı qəbul edilir. İnamın lağ-lağıya qoyulması və parodiya edilməsi Paris ətrafında müəllimin faciəvi sonluğunun səbəbidir"