Noy 11, 2020 18:50 Asia/Baku
  • Ermənistan prezidenti Qarabağ razılıaşmasından xəbərsiz imiş

Ermənistan prezidenti bildiribdir ki, medialar vasitəsilə Qarabağda atəşkəs razılaşmasından xəbərdar olubdur.

SəhərAzəri xəbər verir, Armen Sarkisyan Ermənistan prezident aparatının saytında verdiyi bir bəyanatda sonra belə qeyd edib: Təəssüflər olsun ki, Ermənistan prezidenti kimi onunla Qarabağ sülh razılaşması barədə danışılmayıb və heç bir məşvərət edilməyibdir.

Sarkisyan vurğulayıb: Qarabağ münaqişəninin həlli mühüm milli məsələdir və bütün Ermənistan xalqı onun gələcəyi barədə qərar çıxarmalıdır.

Çox sayda insanın dərin narahatlıqlarını nəzərə aldığını bildirən Sarkisyan "Milli maraqların qorunması üçün gündəmimizdən irəli gələn qərarlar barədə razılığa gəlmək üçün dərhal siyasi məsləhətləşmələrə başlayacağam" deyib.

Teqlər