Noy 11, 2020 19:26 Asia/Baku
  • Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşma münaqişənin hərtərəfli həlli yolunda ilk addımdır

“Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Bazar ertəsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəs artıq insan tələfatının qarşısını almağa kömək edəcək və ümid edirəm ki, bu, münaqişənin hərtərəfli həlli yolunda ilk addımdır”.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin bəyanatında bildirilir.

“Artıq danışıqlarda istənilən nizamlanmanın davamlı olmasını təmin etmək lazımdır. Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi formalaşmış formatı dəstəkləməyə davam edir, bu səylərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firəvan inkişafı üçün razılaşmaların həyata keçirilməsinə töhfə verməyə hazırdır”, - bəyanatda belə deyilir.

 

Teqlər