Yerevanda təzə adət əmələ gəlib
Noy 23, 2020 09:31 Asia/Baku
Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.
SəhərAzəri xəbər verir, Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı paytaxt Yerevanda hərəkətdə olan zaman şəhərin bir sıra küçələri bağlanır.
Baş naziri müşayiət edən avtomobil karvanı şəhərdə hərəkətdə olanda, Yerevanın küçələrində digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir. Yerli KİV bunun sakinlərin narahatlığı ilə qarşılandığını vurğulayıb.
Bu qayda son günlər ortaya çıxıb. Daha əvvəl yayılan məlumata görə, Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirib.
Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.