Ermənistan parlamenti önündə aksiya keçirilib
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıblar.
SəhərAzəri xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları anti-hökumət aksiyalarının davamında İrəvanda, bu ölkə parlamentinin qarşısına toplaşıblar. Onlar Paşinyanın hakimiyyətdən kənara qoyulmasını tələb ediblər.
Aksiyaçılar bildiriblər ki, Ermənistanın baş naziri Qarabağ sülh müqaviləsini imzalamaqla bu ölkənin milli maraqlarını nəzərə almayıbdır.
Ermənistan “Vətəni Xilasetmə” hərəkatı Nikol Paşinyan müxaliflərinin aksiyalarına rəhbərlik edir.
İrəvan, Bakı və Moskva arasında Qarabağ sülh müqaviləsinin imzalanmasından sonra başlanan Ermənistan baş naziri müxaliflərinin aksiyaları hələ də davam edir.
Ermənistan və Azərbaycan Respublikası Rusiyanın vasitəçiliyilə noyabrın doqquzunda Qarabağda müharibəyə son qoyulması barədə razılığa gəldilər.