Dek 22, 2020 10:06 Asia/Baku
  • Ermənistanda idmançılar Paşinyanın əleyhinə çıxdılar

Ermənistan İdmançılarI vurğulayıb: "Biz baş nazir vəzifəsini tutan şəxsin təcili istefasını tələb edirik".

SəhərAzəri xəbər verir, bu tələb Ermənistanın 30-dan çox idmançısının birgə bəyanatında yer alıb.
İdmançılar ölkənin baş naziri Nikol Paşinyanı satqın adlandıraraq, onu idarəçilik qabiliyyətinin olmamasında ittiham ediblər.
Bu bəyanatda qeyd olunur: "Baş nazir Vətənimizi parçalayaraq satqın hərəkətlərini davam etdirir. Bizim xalqımızın və ölkəmizin suverenliyi təhlükə altındadır. Satqın bizim dövlətimizi daha idarə edə bilmir".

Teqlər