Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Baş Qərargah rəisi Rusiyaya səfərə gəlib
Dek 30, 2020 14:11 Asia/Baku
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Rusiyaya səfər edib.
SəhərAzəri “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, bu barədə MTX-nın mətbuat xidmətindən bildirilib. Lakin digər təfərrüatlar barədə açıqlama verilməyib.
Bununla yanaşı, agentlik Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın da Moskvada səfərdə olduğu barədə məlumat yayıb.