RBK: Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcəklər
https://azeri.sahartv.ir/news/qafqaz-i372493-rbk_azərbaycan_rusiya_və_ermənistan_baş_nazirlərinin_müavinləri_sabah_moskvada_görüşəcəklər
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 26, 2021 07:39 Asia/Baku
  • RBK: Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcəklər

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə RBK Rusiya və Ermənistan hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.

Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.