Fev 03, 2021 18:15 Asia/Baku
  • Ermənilərlə növbəti görüş bu ay baş tutacaq

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin ikinci görüşü fevral ərzində baş tutacaq.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

Ofis nazir müavinlərinin Moskvadakı görüşdən sonra əldə olunan razılaşmaya əsasən, Ermənistanın yaradacağı birinci altqrupa Ərazi İdarəetmə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, ikinci altqrupa isə Dövlət Gəlirləri Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Məhsullarının Təhlükəsizliyi üzrə İnspeksiya Orqanı, MTX və XİN nümayəndələrinin daxil ediləcəyi bildirilib.

Qeyd edək ki, nazir müavinlərinin ilk görüşü 30 yanvarda baş tutmuşdu.

Teqlər