Rusiyanın tanınmış hərbi eksperti Ermənistanın atəşkəsi pozmasından danışıb
https://azeri.sahartv.ir/news/qafqaz-i372907-rusiyanın_tanınmış_hərbi_eksperti_ermənistanın_atəşkəsi_pozmasından_danışıb
Rusiyalı politoloq Ermənistanda bəzi qüvvələrin status-kvonu dəyişmək niyyətində olduqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2021 07:31 Asia/Baku
  • Rusiyanın tanınmış hərbi eksperti Ermənistanın atəşkəsi pozmasından danışıb

Rusiyalı politoloq Ermənistanda bəzi qüvvələrin status-kvonu dəyişmək niyyətində olduqlarını bildirib.

SəhərAzəri xəbər verir, İqor Korotçenko Axar.az portalına müsahibəsində deyib ki, Qazax sərhədində təxribatlar törətməyə davam edən qüvvələrin məqsədi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmasını pozmaqdır. 

Onun sözlərinə görə, belə insidentlər təkrar olunarsa, Bakı qətiyyətlə cavab verəcək. Eyni zamanda ermənilər Azərbaycanın Qarabağ bölgəsində yeni təxribatlar törədərsə, Rusiya ilə Azərbaycanın birgə sərt reaksiyasını, bu silahlı birləşmələrə “ikiqat zərbə”nin vurulmasını görə bilərik.

Ekspert sonra Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın son günlərdə fəallaşmalarına da toxunaraq deyib: Qarabağ klanı hakimiyyətə qayıtmaq niyyətindədir və hazırda qüvvələrini birləşdirməyə başlayıb. Lakin Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsi və Paşinyanın güc yolu ilə devrilməsi mümkün deyil. Qarabağ klanı buna gedərsə, uğursuzluqla qarşılaşacaq.