Fev 22, 2021 18:51 Asia/Baku
  • Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazasının inkişafında maraqlıdır

Ermənistanın müdafiə naziri rəsmi İrəvanın Gümrüdə Rusiyanın hərbi bazasının inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir, Vaqarşak Arutyunyan deyib: "Ölkəmizdə Rusiyanın hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəmdə olub və Ermənistan tərəfi Rusiya ilə hərbi əlaqələrə ehtiyac olduğu üçün bu məsələdə maraqlıdır".

Onun dediyinə görə, bu bazanın imkanlarının genişləndirilməsi ikitərəfli müqavilələrə əsasən Qafqaz Kollektiv Təhlükəsizlik Zonasında fəaliyyət göstərən birgə hərbi qrupların potensial gücünü artıracaq".

Rusiya hərbi bazası 1995-ci ildə Rusiya silahlı qüvvələrinin Ermənistan Respublikası ərazisindəki statusu haqqında razılaşmaya əsasən yaradılıbdır.

Gümrüdə yerləşən hərbi qüvvələrin əsas vəzifəsi MDB ölkələrinin hava hücumundan müdafiə sistemini dəstəkləmək və xarici təhdidlərə operativ cavab verməkdir.

Teqlər