Fev 25, 2021 21:52 Asia/Baku
  • Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətində bu ölkədə gərginliyin aradan qaldırılmasını istəyib.

SaharAzeri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.

Vladimir Putin bu telefon danışığında bütün erməni tərəfləri məsələnin qanun çərçivəsində həllinə və təmkinli olmağa çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da erməni həmkarı Ara Ayavazyanla telefon söhbətində Ermənistandakı daxili ixtilafların dinc formada həll ediməsini istəyib.

Lavrovdan əlavə, Rusiya hökumətinin mətbuat katibi Dmitri Peskov cümə axşamı günü Ermənistanda baş verən son hadisələrdən öz narahatlığını bildirib.

Peskov bir mətbuat konfransında qeyd edib ki, Ermənistanın daxili vəziyyəti əsas qanun çərçivəsindən kənara çıxmamalıdır. O, bütün tərəfləri təmkinli olmağa çağırıb.

Teqlər