Fev 27, 2021 08:22 Asia/Baku
  • Ermənistanda baş verənlərin arxasında Moskva dayanır

Ermənistan ordusunun məhz Rusiyanın işarəsi ilə Paşinyanı hədəfə aldığı iddia olunur.

SəhərAzəri xəbər verir ki , Azərbaycanın Moderator Portalı bu barədə yazır: Rusiya Ermənistanda baş verən qiyama cəhd proseslərinə münasibəti zamanı baş verənləri Ermənistanın daxili işi saysa da, gələn məlumatlar Kremlin İrəvanda yaşananlara biganə olmadığını deməyə əsas verir.

Baş nazir Nikol Paşinyan Ermənstan Silahlı Qüvvələri baş qərargah rəhbərliyinin qiyamının qarşılığında sərt addımlar atmağa başladıqdan sonra Rusiya hakimiyyətindən davamlı reaksiyaların şahidi olduq. Kremlin mətbuat katibi Dmitri Peskov hadisələri Ermənistanın daxili işi hesab etdiklərini vurğulasa da, ardınca deyib ki, rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir. Eyni zamanda o Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raket kompleksi barədə dediklərinə münasibət bildirməyib.

Ardınca Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub. Tərəflər Ermənistanda yaranmış vəziyyəti müzakirə ediblər. Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib. 

Şərhdə qeyd olunur ki, eyni gündə prezident Vladimir Putinin N.Paşinyanla, həmçinin Rusiya müdafiə naziri Şoyqunun erməni həmkarı ilə telefonla danışaraq vəziyyəti müzakirə etdikləri məlum oldu.

Ona görə də, Ermənistanda baş verən proseslərin arxasında Kremlin dayandığı, bu qarışıqlığı Rusiyanın yaratdığı barədə iddialar var. Hesab olunur ki, İrəvan küçələrində Qərblə Rusiyanın toqquşur. Paşinyan küçələrə çıxıb xalqı dövləti, hakimiyyəti qorumağa səsləyir, Qarabağda uduzduğu müharibəni siyasi nəticələrini İrəvanda konpensasiya etməyə çalışır.

Digər bir ehtimala görə isə, Ermənistanda hazırda Qarabağ torpaqlarından uzaqda böyümüş şəxslərlə Qarabağ klanının əksər hissəsi arasında müharibə başlayıb. Və hər iki tərəf anlayır kı, birinin qalibiyyəti, digərinin məhvi demək olacaq. Ona görə bu müharibə səngiməyəcək, sona kimi davam edəcəkdir. Hesab olunur ki, Rusiya Ermənistandakı hazırkı vəziyyəti gərginləşdirməklə öz komandasını hakimiyyətə gətirib, geosiyasi maraqlarını gücləndirməyə çalışır. 

Teqlər