Paşinyan Baş Qərargah rəisinin istefası üçün prezidentə yenidən müraciət edib
https://azeri.sahartv.ir/news/qafqaz-i373792-paşinyan_baş_qərargah_rəisinin_istefası_üçün_prezidentə_yenidən_müraciət_edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2021 16:49 Asia/Baku
  • Paşinyan Baş Qərargah rəisinin istefası üçün prezidentə yenidən müraciət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb:

“Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək Baş Qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.