Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir
https://azeri.sahartv.ir/news/qafqaz-i374449-ermənistan_müxalifəti_hərbi_vəziyyət_rejiminin_ləğvini_tələb_edir
Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 10:01 Asia/Baku
  • Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki,  layihə qanunverici orqanın Müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.

“2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib.

Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitiə uyğun deyil və siyasi proseslərə mane olur.