ATƏT sədri Bakıdan Yerəvana gedəcək
ATƏT sədri Bakıdan Yerəvana gedəcək
Mart 15, 2021 15:08 Asia/Baku
ATƏT sədri Bakıdan Yerəvana gedəcək.
SəhərAzəri xəbər verir ki, İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde sabah Ermənistana səfər edəcək.
Modern.az Ermənistan KİV-ə istinadən yaydığı xəbərə görə, səfər 16 mart tarixinə planlaşdırılıb. A.Linde Ermənistanın XİN başçısı Ara Ayvazyanla görüşəcək.
Qeyd edək ki, A.Linde Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüş keçirib.