Ermənistan müharibə itkilərinin sayını dəqiq elan etmir
https://azeri.sahartv.ir/news/qafqaz-i374714-ermənistan_müharibə_itkilərinin_sayını_dəqiq_elan_etmir
Ermənistanda müharibə itkilərinin sayı barədə verilən rəqəmlər bir-birinə uyğun gəlmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2021 15:34 Asia/Baku
  •    Ermənistan müharibə itkilərinin sayını dəqiq elan etmir

Ermənistanda müharibə itkilərinin sayı barədə verilən rəqəmlər bir-birinə uyğun gəlmir.

SəhərAzəri xəbər verir ki, Yerkirmedia portalı bu barədə yazır: "Ermənistanın baş naziri Nikol Paşinyanın ikinci Qarabağ müharibəsi zamanı ölkənin həlak olan hərbçilərinin rəsmi sayı ilə bağlı açıqlaması hökumət tərəfindən daha əvvəl elan edilmiş rəqəmlərlə açıq-aydın uyğun deyil".

Qeyd edək ki, Ermənistanın baş naziri ötən gün müharibədə 3 min 250 nəfərin həlak olmasının rəsmən təsdiqləndiyini, daha 189 valideynin DNT analizi nümunələri verdiyini və cavab gözlədiyini bildirib.

Lakin hələ fevralın 13-də Ermənistanın Səhiyyə Nazirliyi elan edib ki, qeydə alınmış müharibə qurbanların sayı artıq 3 min 577 nəfər təşkil edir və 428 meyitdən götürülən DNT nümunələri ekspertizadan keçirilir.