Paşinyan Kremldən yeni AES-in inşansını istəyib
Apr 08, 2021 17:40 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan Kremldən ölkəsində yeni atom elektrik stansiyasının inşansını istəyib
SəhərAzəri xəbər verir ki, Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Rusiya Prezidenti Vladimri Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasının (AES) tikintisini müzakirə ediblər. Bunu Paşinyan Rusiya prezidenti ilə Kremldə keçirilən görüşdə bildirib.
Xatırladaq ki, hazırda Ermənistanda fəaliyyət göstərən Metsamor AES qəzalı vəziyyətdədir və beynəlxalq təşkilatlar dəfələrlə Ermənistanı istifadə müddəti çoxdan başa çatmış bu stansiyanın fəaliyyətini dayandırmağa çağırır.