Apr 24, 2021 17:12 Asia/Baku
  • Ermənistanda seçkilər ərəfəsində Paşinyana qarşı təzyiqlər artır

Ermənistanda seçkilər ərəfəsində Paşinyana qarşı təzyiqlər artmaqdadır.

SəhərAzəri xəbər verir ki, Bu məlumata əsasən, baş nazirə qarşı ictimai təzyiq güclənib və hər keçən gün onun hakimiyyətinə təhlükə artır. Artıq o, ölkə daxilində səfərlərə də ya gedə bilmir, ya da ehtiyat edir. Son olaraq, onun Zəngəzura gizli səfəri və hətta bununla belə ziyarətini yarımçıq qoyması bir çox mətləblərə aydınlıq gətirib.

Qeyd edək ki, Ermənistanda bu il iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilməlidir. Bu səbəbə formal da olsa, Paşinyan istefa verməlidir ki, seçki prosesinin önü rəsmən açılsın. Bu da bir sual yaradıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bununıa bağlı mətbuata açıqlamasında bildirib ki, Paşinyan bir tərəfdən, Dağlıq Qarabağda əvvəlki vəziyyəti bərpa edəcəklərinə dair bəyanat verir, digər tərəfdən Azərbaycana güzəştə getməyin, məsələn, Zəngəzur dəhlizinin zərurət olduğunu bildirir. Və onun istefa verməsi də vəziyyəti dəyişməyəcək. Əlbəttə ki onun müxalifləri zəifdir. 20 iyun seçkiləri yəqin ki, baş tutacaq. Paşinyan da qalib gələcək. Amma mütləq üstünlüyü əldə edə bilməyəcək. Bu da siyasi böhranı dərinləşdirəcək, hakimiyyəti uzun müddətə iflic vəziyyətində saxlayacaq.

Teqlər