Lavrov Ermənistanla hərbi həmkarlıqların artacağını deyib
https://azeri.sahartv.ir/news/qafqaz-i376724-lavrov_ermənistanla_hərbi_həmkarlıqların_artacağını_deyib
Rusiya xarici işlər naziri Ermənistanla hərbi və texnoloji həmkarlıqların artmasına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2021 15:22 Asia/Baku
  • Lavrov Ermənistanla hərbi həmkarlıqların  artacağını deyib

Rusiya xarici işlər naziri Ermənistanla hərbi və texnoloji həmkarlıqların artmasına təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, İrəvanda öz erməni həmkarı ilə birgə mətbuat konfransında çıxış edən Sergey Lavrov bildirib ki, Moskva müxtəlif sahələrdə İrəvanla əməkdaşlıqlarını gücləndirməyə davam edəcək.

O, qeyd edib ki, iki tərəf maliyyə və iqtisadi həmkarlıqların genişləndirilməsi, Avrasiya iqtisadi birliyi və kollektiv təhlükəsizlik təşkilatı sahələrində əməkdaşlıq və vahid mexanizmlərin yaradılması üçün səy göstərəcək.

«İki ölkə arasında ticarət mübadilələrinin azalmasına rəğmən, investisiya və iqtisadi sahələrdə həmkarlıqların artmasının şahidiyik. Rusiya-Ermənistan birgə komitələrinin həmsədrləri arasında görüşlər çərçivəsində iqtisadi əlaqələri artıra biləcəyimizə ümid edirik»-deyə Lavrov vurğulayıb.