Ter-Petrosyan Ermənistandakı milli faciədən danışdı
https://azeri.sahartv.ir/news/qafqaz-i376768-ter_petrosyan_ermənistandakı_milli_faciədən_danışdı
Ermənistanın ilk prezidenti ölkənin üzləşdiyi faciədən xilas yolunun üç sabiq prezidentin birləşməsində olduğunu bəyan edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 08, 2021 05:41 Asia/Baku
  • Ter-Petrosyan Ermənistandakı milli faciədən danışdı

Ermənistanın ilk prezidenti ölkənin üzləşdiyi faciədən xilas yolunun üç sabiq prezidentin birləşməsində olduğunu bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Levon Ter-Petrosyan Serj Sarkisyanla görüşünün təfərrüatlarını açıqlayıb və bunu nəyə görə məhz indi etdiyinə aydınlıq gətirib.

Ter-Petrosyanın fikrincə, Ermənistanda milli faciənin qarşısının alınması üçün ən yaxşı yol üç prezidentin birliyidir və o, məhz bunu əsas tutaraq ölkənin keçmiş rəhbərləri Robert Koçaryana və Serj Sarkisyana növbədənkənar seçkilərdə birgə iştirak etməyi təklif edib.

Ermənistanın birinci prezidenti əvvəlki açıqlamasına verilən reaksiyalara əsasən məqsədinə qismən çatdığını söyləyib. Onun sözlərinə görə, tərəfdarı olmayan bir çox siyasətçi, analitik və jurnalistlər onun təklifini alqşlayıblar.