Lavrovdan Azərbaycan və Ermənistana təkilf
Rusiya sərhədlərin demarkasiyası məsələlərində kömək etməyə hazırdır
Rusiyanın xarici işlər naziri ölkəsinin sərhəd problemlərinin həlli məsələsində Azərbaycanla Ermənistana kömək etməyə hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında deyib: “Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Biz yardım göstərmişik, razılaşma əldə olunub. Bu qədər sakit şəkildə həll edilən bir məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”.
Rusiya XİN başçısının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi ilə heç vaxt heç kim məşğul olmayıb.
Xatırladaq ki, Laçın rayonu istiqamətində Azərbaycanın öz sərhədçilərini yerləşdirməsi Yerevanda “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirilib. Ermənistan rəhbərliyi kömək üçün KTMT-yə müraciət edib, eyni zamanda Rusiyadan hərbi yardım istəyib.