"Xəritələrin yalnız kiçik hissəsini vermişik"
https://azeri.sahartv.ir/news/qafqaz-i377957-xəritələrin_yalnız_kiçik_hissəsini_vermişik
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mina xəritələrindən yalnız kiçik bir hissəsinin Azərbaycana verildiyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2021 08:00 Asia/Baku

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mina xəritələrindən yalnız kiçik bir hissəsinin Azərbaycana verildiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan seçkiqabağı kampaniyasındakə çıxışında deyib: “Biz minalanmış sahələrin xəritəsini verdik, amma bu bizdə olan xəritələrin kiçik hissəsidir”.

O, sözü gedn məsələ ilə əlaqədar hökumətinə qarşı yönəlmiş tənqidlərə cavab olaraq bildirib: "Azərbaycan minalanmış sahələrin xəritəsinin yalnız kiçik hissəsini alıb."

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.