İyun 19, 2021 11:43 Asia/Baku
  • Paşinyan hakimiyyətdə qalacaqmı?

Sabah Ermənistanda növbədənkənar parlament seçkiləridir. Bir çoxları bu seçkiləri diqqətlə izləsələr də, hələlik birmənalı proqnoz verənlər görünmür.

SəhərAzəri-nin məlumatına əsasən, seçkilərə bir neçə gün qalmış Qallup Müəssisəsinin keçirdiyi sorğuların nəticələri belədir:

- Robert Koçaryanın "Ermənistan" bloku - 28,7%

- Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası - 25,2%

- Serj Sarqsyanın - "Şərəfimiz" bloku - 10,8%

- "Çiçəklənən Ermənistan" partiyası - 5,4%

- "Dirçələn Ermənistan" partiyası - 5,2% 

Digər partiyalar respondentlərin 3%-dən aşağısının səsini alıb.

Məlumatda deyilir ki, rəyi soruşulanların yalnız 51,1% seçkilərdə iştirak edəcəyini bildirib, 2018-ci il inqilabından sonra keçirilən seçkilərdə 48% seçici iştirak etmişdi.

Ermənistan qanunlarına görə bloklar üçün parlamentə keçid barajı 7%, partiyalar üçün isə 5% təşkil edir. Seçkilərdə 26 partiya iştirak edir ki, onların da azı tən yarısı yalnız formal mövcud olan qurumlardır.

Qeyd edək ki, Ermənistan qanunları həm də azı 2 partiya və ya blokun hökumət qurmasına imkan verir.

Qarabağ məsələsinə gəlincə siyasi qüvvələrin mövqeyi fərqlidir. Paşinyan əsas məsələnin Qarabağın statusunun ATƏT-in MQ həmsdrləri çərçivəsində həllinə çalışacağını, Koçaryan isə itirilmiş ərazilərin bir hissəsinin qaytaracağını vəd etsə də, bunu necə edəcəyini demir. 10 noyabr bəyanatına gəlincə, heç bir partiya və ya blok ondan çıxacağını bildirmir.

 

Teqlər