İyun 20, 2021 10:20 Asia/Baku
  • Bu gün Ermənistanda parlament seçkiləri keçirilir

Ermənistan seçkilərində iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səhər tezdən səs verib.

Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.Ölkədə 2008 seçki məntəqəsi var ki, onlardan 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Ermənistan seçkilərində əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılıb.

Teqlər